"Moto X" telefonu tanıdıldı

2 Avqust 2013 16:10 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, "Google"ın Motorolanı satın aldıqdan sonra inkişaf etdirdiyi ilk ağıllı telefon "Moto X" dünən tanıdılıb.  Maraqla gözlənilən cihaz 4.7 düym AMOLED ekran və 720p həllolma dəqiqliyinə malikdir. Arxa kamerası 10 megapiksel olan Moto X-in, ön kamerası isə 2 megapiksel həllolma dəqiqliyindədir. Bununla yanaşı cihazda 2 gm RAM və 32 gb daxili yaddaş var. Moto X-da microSD dəstəyi isə tapılmır. Google-ın 4.2.2 Android əməliyyat sisteminin istifadə etdiyi telefon yalnız ABŞ-da çıxarılıb. Hazırda yalnız ABŞ-da satışa təqdim cihazın kontraktlı qiyməti 200 dollardır. Kontraktsız qiymət isə hazırda müəyyən deyil.