Müğənni ana olmaq istəyir

2 Avqust 2013 22:00 (UTC+04:00)

Müğənni Emma Ələkbərzadə ana olmaq istədiyini bildirib.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda ATV telekanalında yayımlanan "Onlar" verilişinə açıqlamasındadeyib.

Həyat yoldaşı Emillə kamera qarşısına keçib, müsahibə verən Emma ailə həyatından danışıb:

"Çox xoşbəxt ailəm var. Maraqlı günlər yaşayıram. Artıq qərar vermişik, valideyn olmaq istəyirik. Övladım hansı ölkədə dünyaya gəlsəbunu tamaşaçılarımla bölüşəcəm".

Emma rəqs etməyi, cəmiyyət içərisində çox gəzməyi xoşladığını deyib:

"Kompleksiz insanam. Küçədə hamının məni tanımasından sıxılmıram. Xoşlayıram gedim klubda rəqs edim, sərbəst olum. Bunu edirəm də".