Bu gün hava sərin keçəcək

4 Avqust 2013 10:00 (UTC+04:00)
Bu gün Azərbaycanda nisbətən sərin hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, avqustun 4-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Bakı və Abşeron yarımadasında temperatur gecə 20-24, gündüz 27-32 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında avqustun 4-də hava əsasən yağmursuz olacaq, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, axşama doğru ayrı-ayrı yerlərdə güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 19-24, gündüz 29-34, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti olacaq.