II qrupda imtahanın cavabları açıqlandı

4 Avqust 2013 10:12 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 2012/2013-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə II ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanlarının düzgün cavablarını açıqlayıb. TQDK-nın mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, imtahanın nəticələri qurumun rəsmi saytında yerləşdirilib. Azərbaycan dili abituriyentlər http://tqdk.gov.az/et2013/a2_2013et0308.htm,
Rus dili bölməsi abituriyentləri http://tqdk.gov.az/et2013/r2_2013et0308.htm
bu linklərə daxil olmaqla düzgün cavabları öyrənə bilərlər. Qeyd edək ki, TQDK II ixtisas qrupu üzrə imtahanları 3 avqustda keçirib. Respublikanın 11 şəhərində keçirilən imtahanlarda iştirak üçün 23052 abituriyent ərizə vermişdi. II ixtisas qrupu üzrə imtahan vermiş abituriyentlərinin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.