Aparıcı qız atası oldu

4 Avqust 2013 11:00 (UTC+04:00)
ATV telekanalının aparıcısı Zaur Baxşəliyev bu gün ata olub. 

Movqe.az-ın Axşam.az-a istinadən məlumatına görə, Günayla Zaur cütlüyünün qızı dünyaya gəlib. Aparıcı bir saat bundan əvvəl dünyaya gələn qızına anasının adını – Dilavər ismini qoyub:"Anamın adını qoydum. Çox xoşbəxtəm. Bayaqdan ancaq təbriklər alıram. Qızım 1 saylı şəhər kliniki xəstəxanasında doğuldu. Günay da, qızım da özünü yaxşı hiss edir".