Gələn həftə dörd gün iş olmayacaq

4 Avqust 2013 11:08 (UTC+04:00)

Avqustun 8 və 9-u Azərbaycanda Ramazan bayramı qeyd olunacaq. APA-nın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, bayramla əlaqədar olaraq gələn həftənin cümə axşamı və cümə günləri Azərbaycanda qeyri-iş günüdür. Bayram günləri həftənin sonuna düşdüyündən, şənbə və bazar günləri də nəzərə alınmaqla Azərbaycanda 4 gün iş olmayacaq.Nazirlər Kabinetinin qərarı ilə 15 və 16 oktyabr tarixləri isə Qurban bayramı günü kimi qeyd ediləcək. Qanunvericiliyə uyğun olaraq, həmin günlər də iş günü hesab edilmir.