Röya pərəstişkarlarına avtobus tutacaq

4 Avqust 2013 14:15 (UTC+04:00)
Müğənni Röya sevənlərinə sürpriz hazırlayıb. Axşam.az-ın məlumatına görə, sənətçi Qəbələdə verəcəyi konsertində pərəstişkarlarını da görmək istəyib. Buna görə də müğənninin istəyi ilə yalnız Röya pərəstişkarları konsertə biletləri 30 manata əldə edə biləcəklər. İfaçı hətta onlar üçün xüsusi avtobus da təşkil edəcək. Beləcə, sevənləri konsertə aparılıb-gətiriləcək. Qeyd edək ki, Röyanın solo konserti avqustun 10-da "Qafqaz sport hotel"də baş tutacaq. Konsertə biletlərin qiyməti 55-110 manat arasıdır.