Moskvadakı qeyri-qanuni miqrantlar departasiya olunacaqlar

5 Avqust 2013 12:43 (UTC+04:00)

Onların yaxın günlərdə məhkəmə icraçılarının iştirakı ilə ölkələrinə deportasiya olunacaqları gözlənilir

Moskvada çadır düşərgəsindıə saxlanılan qeyri-qanuni miqrantların sayı 612 nəfərə çatıb. Mövqe.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu məlumatı Moskva şəhəri polisinin mətbuat xidməti verib. Saxlanılan miqrantların departasiyasını yaxın günlərdə məhkəmə icraçıları həyata keçirəcək. Qeyd edək ki, Moskvada miqrantlara qarşı keçirilən reyddə saxlanılanlar arasında Vyetnam, Misir, Mərakeş, Suriya, Qırğızıstan, Azərbaycan və Özbəkistandandan olan şəxslər var.

Qanunsuz miqrantlara qarşı reydlərə ötən şənbə Moskvanın Matvyeski bazarında polis idarəsinin kriminalisti döyüldükdən sonra başlanılıb. Belə ki, əslən Dağıstan vətəndaşı olan şəxsin 15 yaşlı qızın zorlanması faktı ilə bağlı əməliyyat-axtarış tədbirlərini keçirirən polis əməkdaşına bir qrup Rusiya vətəndaşın xəsarət yetirib, məhz bundan sonra bu cür əməliyytalara başlanılıb.

Moskva bazarlarında polisin təmizləmə əməliyyatına isə keçən həftədən başlanılıb. Miqrantların sənədləri yoxlanılır. Moskvada iş icazəsi və yaxud qeydiyyatda olmayanlar polis idarəsinə, yaxud çadır şəhərciklərinə aparılır. Bu məsələyə hətta ölkəni prezidenti Vladimir Putin münasibət bildirib. Və bu əməliyyatı zərurət adlandırıb. Ötən həftə polis əməkdaşları tərəfindəən mindən çox qanunsuz miqrantlar saxlanılıb. Bundan əlavə qanunsuz miqrantların Rusiyaya gətirilməsi ilə bağlı 8 nəfər həbs edilib.