Lənkəranda avtomobil su kanalına düşüb

5 Avqust 2013 13:04 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzindən daxil olmuş məlumata əsasən, Lənkəran rayonunda "VAZ" markalı minik avtomobili yolun kənarındakı su kanalına düşüb.

Mövqe.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Nəticədə, avtomobil deformasiyaya uğrayıb və avtomobildə olan 1 nəfər sərnişin sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sərnişini avtomobildən çıxararaq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım stansiyasının əməkdaşlarına təhvil verib, habelə, hadisə yerində müvafiq təhlükəsizlik tədbirlər görülüb.