Yeni Zellandiyanın təhlükəli süd məhsulları Azərbaycana idxal edilirmi?

5 Avqust 2013 16:48 (UTC+04:00)

Rusiya Federasiyasının istehlak malları üzərində dövlət nəzarəti xidməti Yeni Zelandiyanın "Fonterra" firmasının süd məhsullarının idxalını qadağan edib. Rusiya mətbuatının yazdığına görə,uşaq yeməklərinin istehsalı üçün nəzərdə tutulmuş bu məhsullarda botulizm törədicilərinin olması təhlükəsi var. Rusiya qurumunun məlumatına görə, "Fonterra" firmasının süd məhsullarında belə təhlükə olduğu barədə məlumatı Yeni Zelandiya hökuməti yayıb. Movqe.Az xəbər verir ki, Yeni Zelandiyanın ən böyük istehsalçılarından Fonterranın körpə yeməkləri, idmançı içkiləri və digər məhsullarında edilən testlərin ardınca Çin, Malayziya, Vyetnam, Tayland və Səudiyyə Ərəbistanına göndərilən paketlərdə qida zəhərlənməsinə gətirib çıxaran bakteriya aşkarlandığından Çin və Rusiya bu ölkədən süd tozu alışını dayandırdığını açıqlayıb. Azərbaycana da Yeni Zellandiyadan eyni adlı yağ gətirilir. Bəs görəsən ölkəmizə Yeni Zellandiyadan "Fonterra" firmasının süd məhsulları gətirilirmi? Dövlət Baytarlıq Xidmətinin mətbuat Xidmətinin rəhbəri Yolçu Xanvəli Movqe.az-a a açıqlamasında bildirib ki, Yeni Zellandiyadan Azərbaycana ancaq yağ gətirilir: "Bu ölkədən Azərbaycana başqa süd məhsulu gətirilimir. Amma bununla belə qeyd edim ki, Azərbaycana gətirilən bütün süd məhsulları ölkəyə gətirilərkən yoxlanılır, labarotor müayinələrdən keçirilir".