Aysel Teymurzadənin ana olduqdan sonra ilk fotosu

5 Avqust 2013 17:38 (UTC+04:00)

Bu, Ayselin ana olduqdan sonra yayılan ilk görüntüsüdür 

Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlovla ailə qurduqdan sonra səhnədən uzaqlaşan Aysel Teymurzadənin əri ilə birgə fotosu yayılıb. Qafqazinfo xəbər verir ki, sosial şəbəkələrdən birində yerləşdirilən foto ötən aydan start götürən və avqustun 6-na kimi davam edəcək Qəbələ V Beynəlxalq Musiqi Festivalından çəkilib. 


Qeyd edək ki, Murad Adıgözəlov məşhur Adıgözəlovlar nəslinin nümayəndəsidir. O, 1973-cü il noyabrın 20-də Bakı şəhərində anadan olub. Aysellə nikaha daxil olana qədər isə maestro ailəli olub. Azərbaycana "Avroviziya-2009" müsabiqəsində 3-cü yeri qazandıran müğənni Aysel Teymurzadə isə ailə qurduqdan sonra sənəti ilə vidalaşmışdı.