HTC-nin yeni fableti

5 Avqust 2013 18:18 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, dünya nəhəngi mobil cihaz istehsalçısı HTC, One ardıcıllığının davamını gətirməyə qərarlı görünür. Əvvəllər də xəbərlərini aldığımız, internetə müxtəlif görüntüləri sızan "One Max"ın son görüntüləri gəlməyə davam edir. Nokiadan sonra HTC fablet olaraq adlandıra biləcəyimiz "One Max" modeli üçün sızdırılan görüntü standart HTC dizaynını əks etdirir. 5.9 düymlük displey ilə, gücünü Snapdragon 800-dən alan yeni admiral gəmi, istifadəçilərə əvəzsiz kef yaşatmaq üçün gəlir. One Maxın sızan görüntülərini araşdırdığımızda, firmanın HTC One dizaynını qoruduğunu, hətta biraz böyüdüyünü söyləyə bilərik. Cihaz 2 GB RAM, ilə sələflərindən geri qalmayaraq,özündə saxladığı 4 MP Ultrapiksel dəqiqliyində kamerasıyla rəqiblərindən fərqlənir.