Mövqe.az xəbər verir ki, Dünən rus bölməsi üzrə Azərbaycan dilindən keçirilən imtahanın nəticələri bu gün bilinib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadə bu barədə məlumat verib. Nəticələr TQDK-nın rəsmi internet saytında yerləşdirilib.
Abituriyentlər imtahanın nəticələrini 7727 nömrəsində boş SMS göndərməklə də öyrənə bilərlər.