Bayram namazının qılınacağı vaxt açıqlandı

6 Avqust 2013 12:19 (UTC+04:00)

Namaz Təzəpir məscidində qılınacaq

Bakıda Bayram namazı Təzəpir məscidində qılınacaq. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bayram namazının qılınması üçün şəriətə görə, ayın görünməsi vacibdir. Namaz ayın Azərbaycan ərazisində görünməsindən asılı olaraq avqrustun 8-i və ya 9-da olacaq. Namaz səhər saat 09:00-da Təzəpir məscidində qılınacaq. 


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ayın təzələnəcəyi vaxtı açıqlayıb. Ramazan ayından sonra ayın təzələnməsi avqustun 6-dan 7-nə keçən gecə saat 02:52-də baş verəcək.

Yeni ayı 2-3 gündən sonra görmək mümkün olacaq.


Qeyd edək ki, Ramazan bayramı avqust ayının 8-9-na təsadüf edir.