"Embafinans" MMC uşaqları sevindirdi

6 Avqust 2013 12:15 (UTC+04:00)
Müqəddəs Ramazan ayında valideyn qayğısından məhrum olan uşaqlara kömək məqsədilə "Embafinans" MMC "Uşaqlara təbəssüm bəxş edək !!!" şüarı altında KSM  lahiyəsini həyata keçirib. "Embafinans" MMC-dən Movqe.az-a verilən xəbərə görə, lahiyə çərçivəsində şirkət Bakı şəhərinin  Mərdəkan qəsəbəsində yerləşən 3 saylı Əqli Cəhətdən Qüsurlu Uşaqlar Evini ziyarət edib. Işçilər tərəfindən könüllu şəkildə yığılan vəsait uşaq evi üçün ərzaq və oyuncaq alınmasına xərclənib.Qeyd edək ki, həmin uşaq evində 160-a yaxın əqli və fiziki cəhətdən qüsurlu, yaşları 0 – 15 arası olan uşaqlar məskunlaşıb.