42 aptekdə 1886 qutu saxta dərman aşkarlandı

6 Avqust 2013 13:35 (UTC+04:00)
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi apteklərin şəraitinin müvafiq tələblərə uyğunlaşdırılması, sertifikatsız dərmanların satışdan çıxarılmas məqsədilə Sumqayıtda 18, Binəqədi rayonunda isə 24 əczazxanaya baxış keçirib. Nazirlikdən Movqe.az-a verilən xəbər görə, reydlər zamanı  42 obyektdə şəraitsizliklə bağlı heç bir nöqsan aşkarlanmayıb. Sumqayıtda 666 qutu, Binəqədi rayonunda isə 1220 qutu sertifikatsız dərman aşkarlanıb. Keçirilmiş reydlər zamanı Mərkəzin əməkdaşları 42 aptekdən 1886 qutu sertifikatsız preparat müsadirə ediblər. Hazırda reydlərin davam etdirildiyi bildirilir