"Facebook"dan daha bir yenilik

6 Avqust 2013 15:27 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Facebook paylaşdığınız fotoşəkillərin istəmədiyiniz kəslər tərəfindən görüntülənməsinə maneə törədən yeni bir tətbiq hazırlayıb. Secret.li adlı tətbiq ilə fotoşəkilləri şifrələyə bilər və ya müəyyən bir müddət sonra silinməsini təmin edə bilirsiniz. Təcrübədə istifadə edilən bir filtr sayəsində çəkilən fotoşəkillər aydın olmayan rəngli pikseldən ibarət olan bir şəkil kimi görünür. Bir mənada şifrələndiyini deyə bilərik. Həmçinin fotoşəkillərin Facebookda yalnız müəyyən bir müddət üçün qalmasını da təmin edə bilirsiniz. Müddət bitdikdən sonra fotoşəkillər avtomatik olaraq Facebook və tətbiqdən silinir. Tətbiq hazırda yalnız Apple Store iPhone 3GS  istifadəçiləri üçün endirilə bilir.