Azərbaycanda avtomobillərin sayı sürətlə artır

6 Avqust 2013 15:49 (UTC+04:00)

Azərbaycanda 2002-ci ildən 2012-ci ilin sonuna qədər avtomobillərin sayı 2,4 dəfə artıb.

 

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Texniki Universitetinin Avtomobil nəqliyyatı vasitələri kafedrasının müdiri, Baş Dövlət Yol Polisində texniki məsləhətçi Sülhəddin Gözəlov bildirib.

 

Onun sözlərinə görə, hazırda respublikada 1,2 mln, Bakıda isə 800 min avtomobil var: "2002-ci ildə isə bu rəqəm təxminən 500 minə yaxın olub. Ölkədə istismarda olan bu avtomobillərin 50%-dən çoxu köhnədir".

 

Nəqliyyat parkının artım dinamikasından danışan kafedra müdiri bildirib ki, infrastrukturun inkişaf dinamikası bu artımla ayaqlaşa bilmir: "Bu problemin aradan qalxması üçün böyük zaman lazımdır".