"Linked.inchr("39")"ə gender ayrı-seçkiliyi ittihamı

6 Avqust 2013 16:00 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, iş dünyasının sosial media platforması "Linked.in"özünü cinsi ayrı-seçkilik təqsirləndirməsinin  hədəfində tapıb. Ittihamların səbəbi isə inkişaf etdirici şəbəkə platforması "Toptal"ın, internet şəbəkəsi mühəndisliyi sektoruna aid "Linkedin"də verdiyi reklamda istifadə olunan bir qadın fotoşəkilidir. Linkedin fotoşəkilin bir şəbəkə mühəndisinə görə "çox gözəl" olduğu və real həyatı əks etdirmədiyi səbəbiylə reklamı geri çəkib. "Daily Mail"in xəbərinə görə Toptal CEOi Taso Du Val, mövzuyla əlaqədar etdiyi şərhdə "LinkedIn istifadəçiləri fotoşəkildəki qadınların həqiqətən də mühəndis olduğunun qeyri-mümkün olduğunu düşündülər. Linkedin də onlarla həmfikir oldu "deyib. Du Val, bunun gender ayrı-seçkiliyi olduğunu müdafiə edib. Linkedindən gələn şərhdə isə reklamın müştəri xidmətləri qrupunun etdiyi bir səhv səbəbiylə rədd edildiyi "Toptal"ın artıq platforma vasitəsilə reklam verə biləcəyini bildirib.