Fransada hicab qadağan ediləcək?

6 Avqust 2013 16:41 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Fransız rəsmi təşkilatı İnteqrasiya Ali Şurası (HCl), universitetlərdə "ad verilmədən " hicabın qadağan edilməsini əks etdirən bir hesabat hazırlayıb. Hesabatda, hicab əvəzinə "hər hansı bir dinə aid olan geyim formasının" qadağan edilməsi istənilib. Le Monde qəzetinə görə HCl hesabatda, universitet həyatının hər hansı sahəsində meydana gələn hadisələrlə mübarizə aparmaq üçün 12 təklif təqdim edib. Bu təkliflər arasında, "açıq bir şəkildə görülən, bir dinə aid olan simvol və paltarların qadağan edilməsi lazım olduğu" deyilib. Hesabata görə, bəzi universitetlərdə təhsil vəzifəlilərinə etirazlar, fərqli zamanlarda ibadət tələbləri, yemək tələbləri, ortaq tapşırıqlarda qız və oğlanların birlikdə işi rədd etməsi kimi vəziyyətlər, universitet təşkilatının işini çətinləşdirən qarışıqlıqlar yaradır. İnteqrasiya Ali Şurası, 2004-cü ildə liseylərdəki dini simvolların qadağan edilməsinin, hazırda bu təşkilatlardakı belə vəziyyətlərin aradan qaldırılmasında əhəmiyyətli rol oynadığını bildirib.