Azərbaycanda orta aylıq əmək haqqı 6,8% artıb

6 Avqust 2013 16:51 (UTC+04:00)

Bu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 410,8 manat təşkil edib. Mövqe.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu da keçən ilin müvafiq dövrünə nisbətən 6,8 faiz artım deməkdir.


Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olub.


Qeyd edək ki, 2013-cü il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1490,3 min nəfər olmuş və onlardan 891,8 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 598,5 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərmişdir.