Batman eynicinslidir?

6 Avqust 2013 17:16 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, İtalyalı yazıçı Marco Mancassola, yeni kitabında Batmanı homoseksual ( eynicinsli), narsist, bir az da "qəribə" bir qəhrəman olaraq xarakterizə edib. İtalyan yazıçı Marco Mancassola, "Erotic Lives of the Superheroes" (Super Qəhrəmanların Erotik Həyatı) adlı kitabında Superman, Mister Fantastic və Mystique kimi super qəhrəmanların erotik ehtiraslarından danışıb. İtalyanların rəğbətlə qarşıladığı kitab, bu həftə İngiltərədə də nümayiş olunacaq. Kitabda yaşlı bir homoseksual olaraq təsvir edilən Batman, gənc kişilərlə tək gecəlik əlaqələr yaşayıb, Nyu Yorkda xeyriyyəçilərin təşkil etdiyi axşam yeməklərində Cənab Elton Conun masasına oturur. Batman ilə "köməkçisi" Robin darıxdırıcı seks həyatları içində tez-tez döyüşən bir cütlük olaraq göstərilib. Batmanın əvvəllər də cizgi romanlarında və ya filmlərində homoseksual olduğuna dair fikirlər olmuşdu. Lakin Mancassolanın kitabında isə super qəhrəman açıqca homoseksual olaraq təsvir edilmiş oldu. Eynicinsliliyin Batmanın yalnız gizli erotik həyatının bir tərəfi olduğunu müdafiə edən yazıçı Mancassola, İngilis "The Independent" qəzetinə verdiyi reportajında ​​super qəhrəmanın hər zaman qaranlıq bir tərəfi olduğunu söyləyib və "Mənim yaratdığım Batman versiyasının fetişist və Narsist olması heç kimi çaşdırmayacaqdır" deyə bildirib.