Baxçada tropik cənnət

6 Avqust 2013 22:03 (UTC+04:00)

Movqe.az xəbər verir ki, İngiltərədə evlərinin arxa bağçasında bitkilərlə tropik cənnət yaradan təqaüdçü cütlük "baxımına hər gün 12 saat vaxt ayırırq" deyib. Səmaya doğru palma ağaclarının kölgəsində yetişən tropik bitkilərin örtdüyü bir meşədə vaxt keçirmək üçün ya Sakit Okeana doğru səfər etməli, ya da meşəni üzünüz yaratmalısınız. İngilis əsilli təqaüdçü cütlük Alın və Meri Vatson, ikinci variantı seçənlərdəndir.  68 yaşındakı Alın və 73 yaşındakı Mari Vatsonun Derbi bölgəsindəki evlərinin arxa bağçası tropik bir meşədən fərqlənmir. Lakin cütlük 627 kvadrat metrlik bağçalarını palma ağacları və tropik bitkilər ilə örtmək üçün həm ciblərindən həm də vaxtlarından olduqca çox xərcləyirlər. Vatson cütlüyü, 15 ilə meydana gətirdikləri mini tropik meşələri üçün indiyə qədər 10 min sterlinqdən çox pul xərcləyib. Bağçanın gündəlik baxımı üçün gündə 12 saat xərclədiklərini söyləyən Mari Vatson, "Palmalarımızın bəzilərinin boyu 5 metr yarımdır. Günümüzün haradasa hamısı bağçada keçir. Amma hər gün İngiltərədən Sakit okeana getmək istəsəm hərhalda həm daha çox pul xərcləmək, həm daha çox vaxt ayırmaq lazımdır "deyib.