Bu gün Bakının iki rayonunda içməli su olmayacaq

7 Avqust 2013 11:54 (UTC+04:00)

Bu gün Bakının Səbail və Yasamal rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Mövqe.az  "Azərsu" ASC-nin mətbuat xidməti şöbəsindən  verilən məlumata əsasən xəbər verir ki,  Bakı şəhəri Yasamal rayonu Kənar Dairəvi küçəsindən keçən 500 mm diametrli magistral su xəttinin qəzalı vəziyyətdə olan 7 metrlik hissəsi dəyişdirilir.

 

Bununla əlaqədar bu gün ərzində paytaxtın Səbail və Yasamal rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.