Bakıda avtomobil alışaraq yandı

7 Avqust 2013 12:08 (UTC+04:00)

İdarəetməni itirən "Mercedes" maneəyə çırpılaraq alışıb

Bakı şəhərində, aeroport yolunda qəza baş verib. Mövqe.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi  məlumata görə, şəhər istiqamətində hərəkətdə olan avtomobil "Koroğlu" metrostansiyasına az qalmış qəzaya uğrayıb və alışıb. 

Sabunçu Rayon Polis İdarəsindən milli.az-a bildirildi ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb, sonra alışıb. Sürücü hadisə yerində yanaraq ölüb.