Zaqatala yenə silkələndi

15 May 2012 13:13 (UTC+04:00)

Azərbaycan ərazisində yenidən zəlzələ baş verib. Seysmoloji Xidmət Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, yeraltı təkanlar Zaqatala rayonunda qeydə alınıb. Maqnitudası 3.00 olan yeraltı təkanlar səhər saat 05:30 radələrində Zaqatala rayonu ərazisində, Zaqatala şəhərindən 3 km cənubda baş verib.