Əməkdar artist onu narahat edən evli kişilərdən şikayət etdi

7 Avqust 2013 13:44 (UTC+04:00)

Əməkdar artist Hüsniyyə Mürvətova ona ismarış yollayan evli kişilərdən narazılıq edib

Mövqe.az-ın məlumatına görə, aktrisa Facebook-dakı statusunda məsələ ilə bağlı bunları yazıb:

"Mənə yazmayın, evli kişilər. Aktrisa kimi icazə verirəm: sənətimi bəyənin. Qadın kimi evli kişilər mənə yazmasınlar. Nifrət edirəm... Məndən xoşlanmasınlar. Gedib evlərindəki xanımı xoşlasınlar. 


Hər şeyi açıq yazdım, kənardan baxan öz vicdanından, Allahından qorxsun. 


Mən onlara heç cavab yazmıram, belə bir fikrim də yoxdur".