Sabah Tünzalə Ağayevanın konserti olacaq

7 Avqust 2013 14:31 (UTC+04:00)

"Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB müqəddəs Ramazan bayramı münasibətilə şəhid, milli qəhrəman ailələri, məcburi köçkünlər və eləcə də musiqisevərlər üçün əməkdar artist Tünzalə Ağayevanın "O'na gedən Yol..." adlı konsert proqramını təşkil edəcək. 

Mövqe.az-ın məlumatına görə, konsertdə müğənni ruhları oxşayacaq, insanı düşünməyə çağıracaq mahnılarını səsləndirəcək. 


Gecədə sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi Tünzalə xanıma aid olan "Qapını aç bu quluna ey Rəbbim!" adlı yeni mahnısı ilk dəfə dinləyicilərə təqdim olunacaq. 


Konsertdə əməkdar artist Hüseyn Cavid, Mirvari Dilbazi şeirlərinə bəstələdiyi yeni mahnılarını, Nəsiminin " Dua" və bir sıra əsərlərini, eyni zamanda türk musiqilərini səsləndirəcək. 

Konsertin xüsusi qonağı xalq artisti Nəzakət Teymurova olacaq. Onlar birlikdə duetlər ifa edəcəklər.

Tədbir avqustun 8-də, saat 19.00-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.