Məşhur caz ifaçısı vəfat etdi

7 Avqust 2013 15:06 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, məşhur Amerikalı caz ifaçısı Corc Duk 67 yaşında vəfat edib. Keçmiş The Supremes" qrupunun üzvü Şerri Payne də Dukun çərşənbə günü Los Ancelesdə yerləşən St.Cons xəstəxanasında öldüyünü təsdiq edib. Müğənnin son albomu olan "DreamWeaver" iyul ayında işıq üzu görmüşdü. Ondan geridə qalan isə oğulları Raşed və Con olub. Duku həyat yoldaşı bir il əvvəl xərçəng xəstəliyindən vəfat etmişdi. Corc Duk 1946-cı il yanvarın 12-i Birləşmiş Ştatların Kaliforniya əyalətində anadan olub. Həm bəstəkar, həm də produser olan müğənni pianino, sintizator, kontrabas, trambon ifaçısı kimidə tanınırdı