Prezident Kürdəmirə gedib

7 Avqust 2013 14:00 (UTC+04:00)
Movqe.az xəbər verir ki, avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kürdəmir rayonuna səfərə gedib.Dövlətimizin başçısı əvvəlcə Kürdəmir şəhərinin mərkəzindəki Heydər Parkında xalqımızın Ümummilli Liderinin abidəsi önünə gül dəstəsi qoydu.Rayon icra hakimiyyətinin başçısı İrşad Əliyev Azərbaycan Prezidentinə abidənin yerləşdiyi Heydər Parkında görülən abadlıq-quruculuq işləri barədə məlumat verib.