Yəməndə Əl Qaidə təşvişi yaranıb

7 Avqust 2013 15:34 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Yəmən təhlükəsizlik qüvvələri, Əl Qaidənin paytaxt Sanaaya hücum təşkil etməsi xəbəri ilə dünən gecəni təşvişlə keçirib . ABŞ-lı rəsmilər, Yaxın şərq və Şimal Afrikadakı ABŞ nümayəndəliklərinin işlərinin müvəqqəti olaraq dayandırılmasına səbəb olan Əl-Qaidə təhlükəsi səbəbiylə son 10 gündə Yəməndə yeni insansız hava vasitəsi hücumları təşkil edir. ABŞ və İngiltərə səfirlik işçilərini evakuasiya edərkən, bütün vətəndaşlardan ölkədən ayrılmaları istənilib. ABŞ Xarici işlər nazirliyi hadisəni "spesifik və yaxın bir təhlekə" olaraq xarakterizə edib.Yəmən Post qəzeti ölkədə ümumi təhlükəsizliyi və xarici ölkə nümayəndələrinin təhlükəsizliyini təmin etmək üçün paytaxt Sanaanın silahlı heyət və zirehli vasitələrlə sözün əsl mənasında dolduğunu yazıb.