Günə 100 avroya "kirayə döş"

7 Avqust 2013 16:46 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Fransada gənc bir qadının internet vasitəsilə yayımladığı bir reklamla "homoseksual cütlüklərin körpələrini gündə 100 avroya əmzirəcəyini"' açıqlaması gündəmi olduqca məşqul edib. Fransada homoseksual cütlüklərin evlənməsinə imkan verən və uzun müddət müzakirə edilən qanunun razılaşdırılmasından qısa müddət sonra, 29 yaşındakı tibb bacısı, körpələrin əmzirilməsi üçün "döşlərini kirayə verdiyini" açıqlayıb. 

"Kiralıq sinə" elanı "Burada hər şey kiralıkdır" şüarıyla çalışan e-Loue.com ünvanındakı internet saytında yayımlanıb. Elanda "Tamamilə sağlam, gənc bir anayam. 29 yaşında təhsilli bir tibb bacısıyam. Kiçik körpələrin əmzirilə billməsi üçün sinələrimi kirayə verirəm" ifadəlsini işlədib. Gənc qadın, elanda həmçinin bir körpəni gündə 12 dəfə əmzirə biləcyini də qeyd edib. Təklif olunan xidmətin qanunsuz olduğu iddialarını rədd edən e-Loue, Fransada ana südünün satışının qanunsuz olduğunu lakin bu elanı verən şəxsin südünü satmadığını bildirib. Fransada homoseksual cütlərin evlənməsinə və övlad əldə etməsinə imkan verən qanunlar qüvvəyə minmiş olsa da, "daşıyıcı analıq"  və ya homoseksual cütlüklər üçün uşaq doğmaq qanunlara ziddir. Elanı verən qadın indiyə qədər 10 təklif aldığını söyləyib. Bunların yalnız yarısının ciddi təkliflər olduğunu bildirən gənc qadın, "Digərləri manyaklardı" deyib.