Azərbaycanda iki il əvvəl qızını qətlə yetirən ata tutulub

7 Avqust 2013 16:56 (UTC+04:00)

Azərbaycanda iki il əvvəl bir qızını öldürən, digər qızını isə öldürəcəyi ilə hədələyən ata tutulub.


Mövqe.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 2012-ci ilin dekabr ayının 26-dan itkin düşən Lənkəran rayonunun Sərinbulaq kənd sakini 18 yaşlı Əfsanə Cavadova cari il avqust ayının 5-də Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhərində tapılıb.

 

Ə.Cavadova izahatında atası İsrafil Cavadovun 2011-ci ilin iyun ayında Sərinbulaq kəndinin ərazisindəki pay torpaq sahəsində qızı Rəqsanəni qətlə yetirdiyini, onu da öldürəcəyi ilə hədələdiyi üçün evdən qaçdığını bildirib.

 

Baş Cinayət-Axtarış İdarəsi, Səbail Rayon Polis İdarəsi  və Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində İ.Cavadov tutulub, Rəqsanənin meyiti qeyd edilən ərazidən eksqumasiya edilib.

 

Faktla əlaqədar rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb.