Nadir Qafarzadə iftar qonaqlığı verib

7 Avqust 2013 17:26 (UTC+04:00)

Müğənni Nadir Qafarzadə Ramazan ayı münasibəti ilə Türkiyədə iftar süfrəsi təşkil edib. 

Mövqe.az-ın lent.az-a istinadən verdyi məlumata görə, sənətçi səhhəti ilə bağlı oruc tuta bilməsə də hər il iftar süfrəsi təşkil edir: 


"Oruc tutan hər bir müsəlmanın orucunun qəbul olmasını arzu edirəm. Mən də çox istərdim ki, oruc tutam. Hətta bir neçə dəfə buna cəhd etmişəm. Lakin səhhətim buna imkan verməyib. Buna baxmayaraq iftar süfrəsini hər il təşkil etməyi çox sevirəm. Bu il bunu Türkiyədə etdim. İftarda ailəmlə yanaşı qardaş ölkədə yaşayan həmvətənlərimiz və bir sıra insanlar iştirak etdi".

 

İftar süfrəsindən olan şəkilləri təqdim edirik: