Azərbaycanda Ramazan ayı sabah başa çatır

8 Avqust 2013 11:53 (UTC+04:00)

Azərbaycanda müqəddəs Ramazan ayının başa çatması münasibətilə bayram namazı avqustun 9-u səhər saat 09.00-da qılınacaq.  Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən məlumat verilib. Azərbaycan ərazisində bayram namazı QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin iştirakı ilə avqustun 9-da Təzə Pir Məscidində qılınacaq. İdarədən bildirilib ki, yeni Ay Azərbaycan ərazisində hələlik müşahidə olunmadığından Ramazan ayının sabah başa çatacağı gözlənilir. Qeyd edək ki, dünyanın əksər müsəlman ölkələrində, o cümlədən Türkiyədə Ramazan bayramı bu gün qeyd edilir.