Nisə Qasımova xərçəngə tutuldu

16 Sentyabr 2020 11:27 (UTC+04:00)

Xalq artisti Nisə Qasımova xərçəng xəstəliyinə tutulub.

Mövqe.az Mediapost.az-a istinadən xəbər verir ki, o, bir müddət öncə Milli Onkologiya Mərkəzinin Mamologiya şöbəsində süd vəzisi xərçəngindən əməliyyat olunub.

66 yaşlı müğənni xəstəxanada qaldıqdan sonra evinə buraxılıb.

Hazırda onun vəziyyəti stabildir.

Məsələ ilə bağlı N.Qasımova ilə əlaqə saxlamaq istəsək də, özünü onun yaxını kimi təqdim edən şəxs sənətçinin bir müddət heç bir yerə müsahibə verməyəcəyini bildirib.