Əhəd Abıyev müavinini işdən çıxardı

16 Sentyabr 2020 11:36 (UTC+04:00)

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev müavinini işdən çıxarıb. 

Mövqe.az Unikal.org-a istinadən xəbər verir ki, Əhəd Abıyevin əmri ilə Daşkəsən Rayon İcra Hakimiyyəti müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Cavanşir Qocayev tutduğu vəzifədən azad olunub.

Onun yerinə hələlik təyinat yoxdur.