Diqqət! Hakerlərin hücümu gözlənilir

8 Avqust 2013 12:23 (UTC+04:00)

Dünyada milyonlarla saytın qorunması üçün istifadə olunan "HTTPS" kriptoqrafik sxemi növbəti dəfə hücuma məruz qala bilər. ANS PRESS Azərbaycan Respublikası Dövlət Orqanları üçün Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinə istinadən xəbər verir ki, hansı ki, hakerlərə tərəfində şifrələnən səhifələrdən istifadəçilərə məxsus elektron poçt ünvanları və bank ödəmə rekvizitləri əldə etmək imkanı verir. Bu kimi hücumun reallaşmasına 30 saniyə sərf olunur. Hər hansı istənilən alqoritm və şifrə istifadə olunmasına baxmayaraq yaranan hücum "TLS və SSL"in bütün versiyalarında aktivdir. Yeni növ hücum tələb edir ki, hücum edənin istifadəçi və veb sayt arasındakı trafikinə passiv müdaxilə olsun.  Bundan başqa hücum edən istifadəçiyə zərərverici linkə daxil olmağı məcbur edir. Məsələn bunu iframe vasitəsilə etmək mümkündü.