Hava şəraiti nisbətən sabitləşəcək

10 Avqust 2013 10:00 (UTC+04:00)

Bu gün Azərbaycan ərazisində hava şəraiti nisbətən sabitləşəcək, günün ikinci yarısından sonra yağıntı kəsəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.  Bakıda və Abşeron yarımadasında avqustun 10-da havanın dəyişkən buludlu keçəcəyi, arabir tutulacağı gözlənilir. Gün ərzində əsasən yağmursuz keçəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 19-24, gündüz 27-32 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında avqustun 10-da şimşək çaxacaq, əsasən səhər və gecə saatlarında qısamüddətli yağış yağacaq. Aran rayonlarında havanın temperaturu gecə 19-24, gündüz 29-34 dərəcə, dağlıq ərazilərdə gecə 10-14, gündüz 19-24 dərəcə isti olacaq. Xatırladaq ki, avqustun 8-dən başlayaraq Azərbaycanda havanın temperaturu yenidən düşüb, bəzi rayonlarda intensiv yağış yağır.