Apple-dan Samsunga daha bir zərbə

11 Avqust 2013 12:52 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Apple və Samsung arasında illərdir davam edən patent məhkəmələrində yeni bir inkişaf yaşanıb. ABŞ Beynəlxalq Ticarət Komissiyası (ICT), Samsungun Apple-a aid patentləri pozması səbəbiylə bəzi məhsullarının idxal edilməsini qadağan edib. Pozuntuya yol verilən patentlərin, iPhone-a aid olduğu deyilib. ABŞ-lı elektron nəhəngi Apple, ən böyük rəqibi Samsung-a qarşı öz evində verdiyi qanuni mübarizəni davam etdirir. 2012-ci ilin avqustunda Cənubi Koreyalı elektronika nəhənginə qarşı 1 milyard dollarlıq təzminat iddiası qazanan Apple, indi də rəqibinin bəzi məhsullarının ABŞ-a idxalına qadağan gətirməyi bacarıb. ICT-dan çıxan qərara görə, Samsungun bəzi məhsullarında Apple texnologiyasını qeyri-qanuni olaraq istifadə edib. ICT, bəzi Samsung məhsullarına qadağan gətirilmə qərarı versə də, Applenin etdiyi dörd digər etirazı rədd edib. Qərardan sonra hansı məhsullara necə qadağanın gələcəyi hələlik məlum deyil. Uzun müddətdir Samsung məhsullarına ABŞ-da qadağa gətirməyə çalışan Apple, iPhoney-a aid patentlər üzərindən uğur qazanmağı bacarıb.