Səbail-də yeni transfer

17 Sentyabr 2020 14:46 (UTC+04:00)

Səbail heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, paytaxt klubu Premyer Liqanın digər təmsilçisi Sabah-dan Arsen Ağcabəyovu icarəyə götürüb.

Bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb. 20 yaşlı müdafiəçi ilə 2020/2021 mövsümünün sonunadək icarə müqaviləsi imzalanıb.

Ağcabəyov həm də Azərbaycanın U-21 yığmasının üzvüdür.