Azərbaycan UEFA reytinqində irəlilədi

17 Sentyabr 2020 15:48 (UTC+04:00)

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində dünən keçirilən 5 oyundan sonra UEFA-nın yeni reytinq cədvəli açıqlanıb.

Goal.az xəbər verir ki, Azərbaycan UEFA-nın reytinq cədvəlində 1 pillə irəliləyərək 25-ci pilləyə yüksəlib. ÇL-in 3-cü təsnifat mərhələsində Molde ilə qarşılaşan Qarabağ rəqibinə penaltilər seriyasında məğlub olsa da (5:6), ölkəmizin reytinqinə 0,250 xal qazandırıb.

Nəticədə Azərbaycanın son 5 mövsümün yekununda xalları 16.125-ə çatıb. 15.950 xala malik Rumıniya isə 1 pillə geriləyərək, 26-cı sıraya enib.