Cəlilabadda ikimərtəbəli evdə yanğın olub

17 Sentyabr 2020 20:58 (UTC+04:00)

Cəlilabad rayonunun Suluçeşmə kəndində ümumi sahəsi 320 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.