Zirə-də rəsmi ayrılıq

17 Sentyabr 2020 22:07 (UTC+04:00)

Zirə futbolçusu George Antonla yollarını ayırıb.

Goal.az klubun saytına istinadən xəbər verir ki, moldovalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Zirə futbolçuya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, G.Anton bu ilin yanvarından Bakı təmsilçisində çıxış edirdi.