"OBA market"in kassasından oğurluq olub

18 Sentyabr 2020 12:45 (UTC+04:00)

Bakıda marketdən oğurluq olub.

Mövqe.az-ın xəbərinə görə, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən "OBA market"dən oğurluq edilib.

Marketin kassasından 1 300 manat pul oğurlanıb.

Fakt üzrə araşdırma aparılır.