Qarabağın azərbaycanlı icmasının sədri ermənilərə xəbərdarlıq edib

18 Sentyabr 2020 14:25 (UTC+04:00)

“Xankəndi Qarabağın göz bəbəyi kimi şəhərdir. Mən Xankəndi sakinləri adından buradan düşmənlərimizə mesaj göndərirəm ki, unutmamışıq, biz Xankəndində törədilmiş qırğın və talanları yaddan çıxarmamışıq”.

Mövqe.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasında 1988-ci ilin sentyabrın 18-də Xankəndi şəhərində azərbaycanlılara qarşı ermənilərin kütləvi terror hərəkətlərinə həsr olunan mətbuat konfransında icma rəhbəri Tural Gəncəliyev deyib.

“Biz o torpaqları şanlı ordumuzun köməkliyi ilə lazımsız terrorçu ünsürlərdən təmizləyəcəyik. Düşmənlər bizim istəyimizin qarşısında dura bilməyəcəklər. Torpaqlarımızın işğal altında olması müvəqqətidir. Düşmənlərimiz bizim əzmimizi bilirlər və çox narahatlıq keçirirlər. Ona görə də, Ermənistanın təvavüz siyasətinin bitməsinə az qalıb. Biz həmin terroçulardan haqq-hesab soracağıq. Bu işğal müvəqqətidir, ermənilər işğal edilmiş torpaqlarda müvəqqətidir. Bizim istəyimiz qarşısında Ermənistanın və onun havadarlarının orduları güc gətirə bilməyəcəyik. öz torpaqlarımıza tezliklə geri qayıdacağımız barədə düşmənə açıq mesaj veririk. Biz Xankəndi və Qarabağ övladları olaraq artıq öz torpaqlarımıza geri dönmək əzmindəyik. Haqq-ədalət və beynəlxaq hüquq da bizim tərəfimizdədir”, T.Gəncəliyev bildirib.