Rusiya öz tankını vurdu

18 Sentyabr 2020 14:55 (UTC+04:00)

Rusiya hərbi təlim zamanı səhvən öz T-90A tankını vurub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Hadisə “Kapustin Yar” hərbi təlim mərkəzində baş verib.

Bildirilir ki, T-90A tankı BMP-2 piyada döyüş maşınına quraşdırılmış 9M113 tipli raketlər vasitəsilə vurulub. Nəticədə tankın içində olan hərbçilər yanıq xəsarəti alıb.

Qeyd edək ki, məsələ ilə bağlı Rusiya Müdafiə Nazirliyi məlumat verməyib.