Acun Ilıcalıdan daha bir xeyirxah addım

18 Sentyabr 2020 22:44 (UTC+04:00)

"Tv8" telekanalının sahibi Acun Ilıcalı xeyirxah addımı ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, o sosial şəbəkəsi vasitəsi ilə evdə təhsil alan tələbələrə yardım edəcəyini bildirib:

"Kompüteri olmadığı üçün onlayn dərslərdə çətinlik çəkən tələbələr var. Təhsildən məhrum olmamaları üçün bazar günü "TV8"də böyük bir kampaniya təşkil olunacaq".