Gəncədə gənc oğlan bıçaqlanıb

19 Sentyabr 2020 21:30 (UTC+04:00)

Gəncə şəhərində gənc oğlan bıçaqlanma baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin şərti olaraq "Komsomol" adlanan ərazidə qeydə alınıb.

Gənc oğlan qarın nahiyəsindən iki bıçaq xəsarəti alıb, xəstəxanaya yerləşdirilib və cərrahiyyə əməliyyatı olunub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.