Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.
Goal.az xəbər verir ki, Kapital Bank Arena-da Sumqayıt Səbail-i qəbul edib.
Baş hakim Orxan Məmmədovun idarə etdiyi görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Hesabı 9-cu dəqiqədə Sumqayıt-ın gənc cinah oyunçusu Süleyman Əhmədov açıb. 21-ci dəqiqədə Rauf Əliyev Səbail-in bərabərlik qolunu vurub. 32-ci dəqiqədə isə Əli Qurbani oyunda son nöqtəni qoyub.
Bu qələbə sayəsində xalını 6-ya çatdıran Sumqayıt liderliyə yüksəlib. İlk 3 oyununun hamısından məğlub ayrılan Səbail isə sonuncu pillədə qalıb.
Qeyd edək ki, turun açılış oyununda Qəbələ Keşlə ilə heç-heçə edib - 0:0. Tura sentyabrın 20-də Zirə - Sabah və Qarabağ - Neftçi oyunları ilə yekun vurulacaq.